Azərbaycan yığması Tiflisə 15 cüdoçu ilə yollanır

Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti Böyük Dəbilqə turniri 22-24 martda Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək.

Newsport.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 83 ölkədən 548 idmançı iştirak edəcək.

Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda qadınlar və oğlanlar arasında 9 çəki dərəsində 15 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Slavko Tekiç və Rüstəm Alimli və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.

Qadınlar

-48 kq.
Leyla Əliyeva

-52 kq.
Gültac Məmmədəliyeva

-57 kq.
Acelya Toprak
Fidan Əlizadə

Kişilər

-60 kq.
Balabəy Ağayev
Turan Bayramov

-66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev

-73 kq.
İbrahim Əliyev

-81 kq.
Məhərrəm İmamverdiyev
Ömər Rəcəbli

-90 kq.
Elcan Hacıyev
Vüqar Talıbov

+100 kq.
Uşanqi Kokauri
Camal Qamzatxanov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right