Voleybol millisinə yeni baş məşqçi təyin olundu

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.

Newsport.az Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifə Fərid Cəlalova tapşırılıb.

Onun təyinatə AVF-nin İdarəyə Heyətinin geniş iclasında açıqlanıb. Tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri, klub rəhbərləri, məşqçilər, həkimlər, hakimlər və federasiyanın digər əməkdaşları iştirak ediblər.

Ş.Bağırov iclası açaraq qonaqları salamlayıb, müzakirəyə çıxarılacaq məsələlər haqqında məlumat verib. Daha sonra F.Cəlalov yığmamızın may-iyun aylarında keçiriləcək Qızıl Avropa Liqasına hazırlıq planını təqdim edib.

Həmçinin yeniyetmə və gənc oğlanlardan ibarət yığma komandalarımıza yeni rəhbər təyin olunmuş Cahangir Seyed Abbasi təqdim olunub. İranlı mütəxəssis gənclərin seçimi və yarışlara hazırlıqla bağlı proqramı təqdim edib.

İclasda F.Qarayev və B.Quliyev çıxış edərək, yeni təyinatlar və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right