Portlenddə favoritin məğlubiyyəti

MBA-da bu gecə 10 oyun keçirilib. Ən gərgin oyunlardan biri Portlenddə baş tutub. Keçmiş oyunçusu Demian Lillardın gəlişi oyuna marağı xeyli artırıb. Meydan sahibləri “Miluoki Baks” üzərində qələbə qazanmağı bacarıblar. Qələbə atışını oyunun sonlarında Saymons yerinə yetirib – 119:116.

“Hyuston Rokets” doğma arenada “Nyu-Orlean Pelikans”a məğlub olub. Qeyri-sabit çıxışı nəticəsində Hyuston təmsilçisi pley-in zonasından kənara yuvarlanıb. Alperen Şengün 10 xal və 10 ribaundla dabl-dabl edib.

Konfrans lideri Minnesota komandası evdə “Dallas Maveriks”dən üstün olub – 121:87. Donçiçin iştirak etmədiyi oyunda qonaqlar müqavimət göstərmək gücündə olmayıblar.

Ardıcıl məğlubiyyətlərdən sonra “Mayami Hits” “Sakramento Kinqs”ə 115:106 hesabı ilə qalib gəlib. Qonaqların litvalı basketbolçusu Domantas Sabonis növbəti dəfə tripl-dabl edib.

“Bruklin Nets” doğma meydançada “Finiks Sans”a uduzub – 120:136. Kevin Dürant keçmiş komandasına qarşı oyunda 33 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right