Belçikadakı turnirdə iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu

Yanvarın 27-də Belçika Açıq turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Newsport.az-ın məlumatına görə, yanvarın 27-28-də Vise şəhərində gerçəkləşəcək yarışda ölkəni 7 çəki dərəcəsində 12 idmançı təmsil edəcək.

Rövşən Əliyev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73 kq), Məmmədrza Hacızadə, Kərim Allahverdiyev, İslam Kərimov (hamısı 81 kq), Əjdər Bağırov, Musa Hüseynli (hər ikisi 90 kq), Hüseyn Dadaşov, Ruslan Nəsirli (100 kq), Camal Feyziyev və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right