Cokoviç ilin ən güclü kişi idmançısı seçildi

Novak Cokoviç Fransanın məşhur “L’Équipe” jurnalı tərəfindən 2023-cü ilin ən yaxşı idmançısı seçilib. 36 yaşlı serb üç “Böyük dəbilqə” turnirində çempion olub və reytinq cədvəlində ili birinci pillədə  bitirib.

Jurnalın səsverməsinə görə sıralama belədir:

1. Novak Cokoviç (tennis, 876 xal)

2. Leon Marşan (üzgüçülük, 361)

3. Maks Ferstappen (Formula 1, 348)

4. Noah Layls (atletizm, 315)

5. Siya Kolisi (reqbi, 216)

6. Marko Odermatt (Dağ xizəyi, 197)

7. Yohannes Bö (biatlon, 155)

8. Tadej Poqaçar (velosiped, 151)

9. Metyu van der Pol (velosiped, 132)

10. Erlinq Haaland (futbol, 130)

“L’Équipe” nəşri ilin ən yaxşı idmançısı mükafatını 1946-cı ildən Fransa üçün, 1975-ci ildən isə bütün dünya üçün təqdim edir. Reytinq noyabrın 21-nə qədər aparılan gizli səsvermənin nəticələrinə əsasən müəyyən edilir.

2012-ci ildən etibarən mükafat Fransanın və dünyanın ən yaxşı idmançısına ayrıca verilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right