Bakıda cüdo məşqçilərinə kata üzrə seminar keçirilib

Bakıda cüdo məşqçilərinə kata üzrə seminar keçirilib.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, tədbir Avropa Cüdo Birliyinin Kata Komissiyasının rəhbəri, 7-ci dan ustası, doktor Bradik Slavisanın iştirakı ilə təşkil olunub.

Proqrama ümumilikdə 85 mütəxəssis cəlb edilib. B.Slavisa təlim zamanı cüdo texnikalarının və fəndlərinin təkmilləşdirilməsinə yönəlmiş tövsiyələrini və praktiki fikirlərini məşqçilərlə bölüşüb. Seminarda Azərbaycanın müxtəlif rayon və şəhərlərindən olan məşqçilər iştirak ediblər.

Qeyd edək ki, seminar Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. ACF 2022-ci ilin əvvəlindən bu qurumla əməkdaşlıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right