Azərbaycan voleybol millisinin baş məşqçisi: "Qalmaqala qarışmaq istəmirəm, qruplaşma olduğuna da inanmıram"

"Qalmaqala qarışmaq istəmirəm, qruplaşma olduğuna da inanmıram. Məncə, anlaşılmazlıq olub".

Newsport.az xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət voleybol millisinin baş məşqçisi Faiq Qarayev daha öncə yığmada işləmiş Ataman Güneyligilin fikirlərinə münasibət bildirərkən deyib.

O, türkiyəli həmkarına burada işlədiyi üçün təşəkkür edib: "Onun da öz karyerası var. Ataman Güneyligil ilə bağlı çox danışmağım düzgün olmaz. Məşqçi komanda düzəldən və kollektiv yaradan insandır. Bu işdə çalışacağam ki, nöqsanlar olmasın. Voleybolçular haqqında da heç nə deyə bilmərəm. Bunlar hamısı geridə qalıb. Yəqin ki, komandamızda elə şeylər olmayacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right