Azərbaycan Voleybol Federasiyasının prezidenti: "Faiq Qarayev ən azı Avropa çempionatınadək milliyə rəhbərlik edəcək"

"Faiq Qarayev ən azı Avropa çempionatınadək milliyə rəhbərlik edəcək".

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov mətbuat konfransında bildirib.

AVF rəhbəri 64 yaşlı mütəxəssisdən gözləntilərin böyük olduğunu vurğulayıb.

Faiq Qarayev isə maddi məsələlərin önəmli olmadığını deyib: "Voleybolda uğurlar qazanmaq istəyirik. Mənim işim iki aylıq olmalı deyil. Gərək ən azı bir il işləyək ki, nəsə edə bilək. 70 yaşınadək gözləməyəcəyik ki, nəticə verək. Azərbaycan vətəndaşı olan kubalı voleybolçular var. Güclü milli komanda yaratmalıyıq və aşağı yaş qruplarının inkişafı davam etməlidir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right