Daniel Rikardo: “Əsas məqsədim “Red Bull”dur”

“Alfa Tauri” pilotu Daniel Rikardo qarşısına qoyduğu məqsəddən danışıb. Avstraliyalı sürücünün əsas hədəfi “Red Bull” komandasına qayıtmaqdır.

“Son 1 il ərzində baş verənlərdən sonra , irəliləmək üçün geriyə addım atmağın lazımlığını anlayırdım. “Alfa Tauri” haqqında pis söz demək fikrim yoxdur. İstər-istəməz yenilənmək lazım idi. Burada isə bunun üçün ən gözəl şərait var.

Əlbəttə ki, əsas məqsədim , bir gün “Red Bull”a dönməkdir. Bu, nağıl ola bilər. Karyeramın sonuna qədər də orada çıxış edərdim. Ancaq indi , bütün fikri buna da kökləmək olmaz. Əsas vəzifəmiz qarşıdakı mövsümdə yaxşı çıxış etməkdir”, – deyə Rikardo qeryd edib.

Xatırladaq ki, başa çatan mövsümdə 34 yaşlı pilot cədvəldə 17-ci yeri tutub. Onun komandası isə 25 xalla 8-ci olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right