"Gəncə" rusiyalı üzvü ilə yollarını ayırdı

“Gəncə” voleybol klubu heyətin formalaşdırılması istiqamətində işlərə başlayıb.

Newsport.az xəbər verir ki, "sarı-göylər" rusiyalı voleybolçu Anna Balberova ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məşqçilər korpusunun etimadını doğrultmayan voleybolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Anna Balberova cari mövsümün əvvəlində Rusiyanın “Derjava” klubundan transfer olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right