Boks üzrə xatirə turnirində ilk yarımfinalçılar bəlli olub

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə ilk yarımfinalçılar bəlli olub.

Newsport.az xəbər verir ki, Bakı Boks Mərkəzində 48, 51, 54, 60, 71, 75 və +92 kq çəkilərdə 1/4 final görüşləri keçirilib.

Mərhələ adlayanlar arasında Azərbaycan millisinin 3 boksçusu da var. Yarımfinala vəsiqə qazananlar ən azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçirilən yarışın üçüncü günündə 16 görüş baş tutacaq. Turnirin qaliblərinin adlarına dekabrın 22-də aydınlıq gələcək.

1/4 final

48 kq
Abay Toleybekov (Qazaxıstan) – Ucal Musayev (Azərbaycan) 5:0
Muinxuja Muminov (Tacikistan) – Ramal Yolçiyev (Azərbaycan) 3:2
Rövşən Bünyatov (Azərbaycan) – Ayaz Tağızadə (Azərbaycan) 0:5
Fərid İsmayılzadə (Azərbaycan) – Bilalhəbəşi Nəzərov (Azərbaycan) 0:5

51 kq
Dias Berikbay (Qazaxıstan) – Bexultan Boranbek (Qazaxıstan) 1:4

54 kq
Anuşervon Fozilov (Tacikistan) – Favaz Aluhaybi (Səudiyyə Ərəbistanı) – ikinci döyüşə gəlməyib
Aydak Kadirxan (Qazaxıstan) – Müslim Davletkayev (Rusiya) 3:2
Yerasil Amanqaliyev (Qazaxıstan) – Qurban Həsənov (Rusiya) 5:0

60 kq
Orucəli Cavadzadə (Azərbaycan) – Bek Joldaşbek (Qazaxıstan) 0:5
Tofiq Zairov (Azərbaycan) – Vaqif Hacıyev (Azərbaycan) 5:0
Ayxan Heydərov (Azərbaycan) – Canarslan Temirbiyev (Rusiya) 0:5

71 kq
İbrahim Nəcəfov (Azərbaycan) – Ayxan Əliyev – ikinci tam üstünlüklə qalib gəlib

75 kq
Şerbek Şokirov (Özbəkistan) – Sanjar-Ali Beqaliv (Qazaxıstan) 0:5
Damir Sineyev (Qazaxıstan) – İmamrza Sadıxzadə (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

+92 kq
Maqomedxan Malaçiyev (Rusiya) – İlkin Məmmədli (Azərbaycan) 5:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right