Mahir Məmmədov: "Kişi şahmatçılardan ibarət yığmada nəsil dəyişməsi müşahidə olunur"

"Kişilərdən ibarət yığmada nəsil dəyişməsi, yeni şahmatçıların təzyiqi və onların səhnəyə çıxması müşahidə olunur".

Newsport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov deyib.

AŞF rəhbəri milliyə yeni simaların cəlb olunmasını da istisna etməyib: "İnanıram ki, Aydın Süleymanlının, Məhəmməd Muradlının, Vüqar Həsənlinin, Abdulla Qədimbəylinin və digərlərinin olması bizim lider şahmatçılarımıza daha da inkişaf üçün əlavə güc və motivasiya verəcək. Bu balans mütləq bərpa ediləcək".

Qeyd edək ki, kişi şahmatçılardan ibarət millimiz Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatını 9 xalla 18-ci yerdə bitirmişdi. Qadınlar isə turniri gümüş medalla başa vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right