Karlsen cərimə edildi

Şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen FİDE-nin Etika və Nizam-intizam Komissiyasının qərarı ilə 2022-ci ildə keçirilmiş Sinquefield Kubokunu əsassız olaraq tərk etdiyinə görə 10 min avro cərimələnib. Bu barədə FİDE-nin rəsmi açıqlamasında məlumat verilib. Xatırladaq ki, qalmaqal Karlsenin Hans Nimannı saxtakarlıqda ittiham etməsindən sonra yaranmışdı.

Qurumun daxili araşdırması zamanı norveçli qrossmeyster bir neçə maddə üzrə bəraət qazanıb. Lakin üzrlü səbəb olmadan və ya hakimə xəbər vermədən turniri tərk etməsi qanun pozuntusu kimi qiymətləndirilib.

Norveçli şahmatçı aşağıdakı ittihamlarla təqsirli bilinməyib:

yarış rəsmisinə qarşı pis davranış;

FİDE-nin nüfuzunun və maraqlarının alçaldılması;

şərəfini ləkələmək cəhdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right