Yığma komandalarımız Qızıl Avropa Liqasında iştirak edəcəklər

Voleybol üzrə qadınlardan və kişilərdən ibarət milli komandalarımız Qızıl Avropa Liqasında iştirak edəcəklər.

Newsport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının yarışla bağlı müəyyənləşdirdiyi yeni qaydalara uyğun olaraq iştirakçılar reytinqə əsasən liqalara bölünüb.

Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqasında, nisbətən aşağı reytinqli millilər isə Gümüş Avropa Liqasında mübarizə aparırlar.

Reytinq cədvəlində 20-ci olan qadınlardan ibarət milli komandamız və 26-cı yerdə olan kişilərdən ibarət yığmamız 2024-cü ildə (17 may – 16 iyun) keçiriləcək Qızıl Avropa Liqasında çıxış edəcəklər. Həm qadınların, həm də kişilərin mübarizəsində 12 ölkənin milli komandası mübarizə aparacaq. Yeni reqlamentə əsasən bir turnir cədvəli olacaq və ilk 4 yeri tutan yığmalar dördlər finalına yüksələcəklər.

Qeyd edək ki, qadınların yarışında dördlər finalının ev sahibi Çexiya olacaq. Kişilərdə isə hələki ev sahibi bəlli deyil.

Kişilər: Azərbaycan, Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Makedoniya, Estoniya, Luksemburq.

Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Austriya, Estoniya, Ukrayna.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right