Azərbaycanın U-20 millisi EEVZA çempionatında iştirak edəcək

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Newsport.az xəbər verir ki, 2024-cü il yanvarın 10-14-ü aralığında Polşanın Qojuv-Velkopolski şəhərində baş tutacaq yarışda ümumilikdə 5 ölkənin yığması mübarizə aparacaq.

Azərbaycanın U-20 millisi Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə qarşılaşacaq.

Qeyd edək ki, yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right