"Sabah"ın məşqçisi: "Rəqib səhvlərdən istifadə edərək bizi cəzalandırdı"

"Sabah"ın baş məşqçi əvəzi Nikola Bozinovski "Şəki" üzərində qələbədən sonra danışıb.

Newsport.az-ın məlumatına görə, ölkə çempionunun şimali makedoniyalı məşqçisi komandasının qalibiyyəti haqda fikirlərini bildirib:

"Oyuna pis başladıq. Rəqib müdafiəmizdəki səhvlərdən istifadə edərək bizi cəzalandırdı. Lakin vəziyyəti düzgün təhlil edib geridönüş etməyi bacardıq. Müdafiədə daha yaxşı təsir bağışlamağa başladıq və sona kimi oyunun gedişatına nəzarət etdik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right