Cəlilabadda baş tutmuş trillerdən "Gəncə" qalib çıxdı

Bu gün Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 7 -ci turunun növbəti oyunu baş tutub.

Newsport.az xəbər verir ki, "Cəlilabad" və "Gəncə" komandalarının qarşılaşdığı gərgin oyunda iki əlavə vaxt baş tutub. Yerli komanda 14 xallıq fərqdən geri dönüş edib hesabda irəli çıxsada, bu üstünlüyü əlavə vaxtın sonlarında əldən verib. Beləcə "Gəncə" oyunu 114-108 hesablı qələbə ilə tamamlayıb.

Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Tomas Kobi - 30 xal, 9 ribaund), "Gəncə" (Culs Mur - 29 xal, 10 ribaund)

Qeyd edək ki, 7-ci turun son oyunu ("Şəki" - "Sabah") 10 dekabr tarixində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right