EEVZA: Azərbaycan millisi növbəti oyunda da məğlub olub

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda üçüncü matçında latviyalı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (19:25, 14:25, 17:25). Komanda Polşa və Ukraynaya da eyni hesabla uduzmuşdu.

Azərbaycan millisi dekabrın 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right