Maşın vurmuş basketbolçu meydana dönür

“Filadelfiya Siksers” komandasının forvardı Kelli Obre gələn həftə yenidən çıxışlarını bərpa etmək niyyətindədir. O, komandasının “Atlanta Houks”la oyununda meydana çıxmağa hazırlaşır.

Bəzi variantlara görə, Obre çərşənbə günü “Vaşinqton Vizards”la oyunda da iştirak edə bilər.

Xatırladaq ki, noyabrın 11-də forvardı Filadelfiyadakı evinin yanında yolu keçərkən maşın vurmuşdu. Oyunçunun bir neçə yerdən qabırğası sınmış, bədənin müxtəlif yerlərində isə hemotoma və kəsik əmələ gəlmişdi.

Bu mövsüm forvardın MBA-da orta göstəriciləri 16,3 xal və 5,1 ribaunda bərabərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right