AVF rəsmisi Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.

Newsport.az xəbər verir ki, Gözəlbəyli kişi voleybolçular arasında Çelenc kubokunun 1/16 final matçının supervayzeri təyin edilib.

O, noyabrın 21-də Bakıda keçiriləcək “Xarı Bülbül Şuşa” – “Panatinaikos” (Afina) klublarının qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Görüşün hakimləri türkiyəli Ramazan Cevik və monteneqrolu Jelena Mitroviç olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right