"Sabah"ın Çexiya klubu ilə ev oyununun məkanı dəyişdirildi

Basketbol üzrə FİBA Avropa Kubokunun müntəzəm mövsümünün D qrupunun 6-cı turu çərçivəsində “Sabah”ın Bakıda Çexiyanın “Nimburk” klubunu qəbul edəcəyi məkan bəlli olub.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionunun noyabrın 22-də keçirəcəyi görüşün yeri dəyişdirilib.

Öncədən görüşün “Sərhədçi” İdman Mərkəzində keçirilməsi gözlənilirdi. Lakin görüşün yeni məkanı Bakı İdman Sarayı olub.

Bunu səbəbi isə bu günlərdə “Sərhədçi” idman mərkəzinin Hərbi Güləş üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşmasıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right