Şahmat yığmamız Xorvatiyaya uduzdu

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında  IV turun oyunları keçirilib. 
 
Newsport.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Xorvatiyaya məğlub olub 1,5-2,5.
 
Azərbaycan millisində Teymur Rəcəbovla Nicat Abasov uduzub, Şəhriyar Məmmədyarov partiyanı qələbə ilə başa vurub. Rauf Məmmədov heç-heçə oynayıb.
 
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Fransa ilə heç-heçə oynayıb. Şahmatçılardan Günay Məmmədzadə qələbə qazanıb, Xanım Balacayeva məğlub olub. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova partiyanı heç-heçə oynayıb. 
 
Bu gün Avropa çempionatında V turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Monteneqro, qadın şahmatçılar isə Almaniya ilə qarşılaşacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right