"Sabah"ın məşqçisi: "İkinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik"

"Sabah" basketbol klubunun məşqçisi Nikola Bozinovski "Xırdalan"la görüşdən sonra klubun mətbuat xidmətinə danışıb.

Newsport.az-ın məlumatına görə, şimali makedoniyalı məşqçi komandasının 99:87 hesablı qələbəsini belə şərh edib:

"İki fərqli hissə gördük. İlk hissədə əla çıxış etdik. İkinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. Qələbə qazansaq da, oyuna sonradan daxil olan komanda üzvlərinin çıxışından razı qalmadım. Növbəti oyunlarda daha yaxşı çıxış etmək üçün səhvlərimiz üzərində işləyəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right