"Sabah" bu gün Monteneqro klubu ilə qarşılaşır

FİBA Avropa Kubokunun müntəzəm mövsümündə "Sabah" basketbol klubu növbəti oyununa çıxacaq. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionu Monteneqronun "Mornar" klubunu qəbul edəcək.

Qarşılaşmaya 19:00-da start veriləcək. Görüş "Sərhədçi" İdman Mərkəzində keçiriləcək. 

"Sabah" "Mornar"la ilk görüşündə 75:80 məğlub olmuşdu.

Qrupda bu iki komandadan savayı "Bahçeşeher" və "Nimburk" klubları da yer alıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right