"Sabah" avrokubokda ilk qələbəsini qazandı

“Sabah” basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi dördüncü matçda Monteneqro “Mornar”ını qəbul edib. Qarşılaşma "Sabah"ın 81:74 hesablı qələbəsi ilə başa çatıb.

Təmsilçimiz müntəzəm mövsümdə ilk qalibiyyətini əldə edib.

Qeyd edək ki, qrupda bu iki komandadan savayı "Bahçeşeher" və "Nimburk" klubları da yer alıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right