Cüdo federasiyası daha bir idmançını milliləşdirdi

Beynəlxalq Cüdo Federasiyası İngiltərədə doğulmuş türk əsilli idmançı Acelya Toprakın Azərbaycan yığmasında iştirakına icazə verib.
 
Newsport.az-ın məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyası açıqlama yayıb.
 
Cüdoçu hazırda dünya reytinqində 27-cidir. O, bundan öncə İngiltərə bayrağı altında yarışıb.
 
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası bundan öncə Camal Qamzatxanov və Səid Mollayini milliləşdirmişdi. 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right