"Neftçi" ilk qələbəsini regionda qazandı

Bu gün Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu baş tutub.

Newsport.az xəbər verir ki, ilk turda məğlub olmuş "Neftçi", səfərdə "Cəlilabad" klubu ilə qarşılaşıb. Oyun paytaxt klubu "Neftçi" nin 90-56 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Rişon Conson - 38 xal, 8 ribaund), "Neftçi" (Maykl Karter - 19 xal, 4 ribaund)

Qeyd edək ki, ikinci turun son oyunu ( "Şəki" - "Sərhədçi") 5 noyabr tarixində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right