Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda beynəlxalq turnirə qatılacaqlar

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Türkistan şəhərində keçiriləcək Türkdilli xalqların II Universiadasına qatılacaqlar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Newsport.az-a verilən məlumata görə, sabah başlayacaq yarışda 6 idmançımız mübarizə aparacaq.

Millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi altında qızlardan Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, oğlanlardan Nihad Məmmədov, Kənan Pənahov və Fəxri Abdullayev etimadı doğrultmağa çalışacaq.

Zaur Mikayılov isə bu yarışda hakim kimi iştirak edəcək.

Mübarizəyə noyabrın 9-da yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right