Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gəlir

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiç, vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Bakıya səfər edəcəklər.

Newsport.az xəbər verir ki, funksionerlər noyabrın 5-də paytaxta gələcəklər.

Qonaqlar noyabrın 6-da baş tutacaq Azərbaycan çempionatının açılış mərasiminə qatılacaqlar və Yüksək Liqanın ilk qarşılaşmasını izləyəcəklər.

Səfər zamanı bir neçə vacib görüşün keçirilməsi də nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right