Yekun turnirin daha bir iştirakçısı müəyyənləşdi

Yunanıstanlı Stefanos Tsisipas ilin yekun turnirinə vəiqəni təmin edib. Bu hadisə Parisdə keçirilən “Masters” seriyalı turnirdə baş verib.

1/8 final mərhələsində yunanıstanlı tennisçi Almaniyadan olan Aleksandr Zverev üzərində qələbə qazanıb. Bununla da o, ardıcıl 5-ci dəfə yekun turnirdə oynamaq hüququ qazanıb. Turnir noyabrın 12-dən 19-dək İtaliyanın Turin şəhərində keçiriləcək.

Qeyd edək ki, yarışda iştirak edəcək 8 idmançıdan 6-sı artıq məlumdur. Tsisipasdan əvvəl Novak Cokoviç, Karlos Alkaras, Daniil Medvedev, Yannik Sinner və Andrey Rublyov da vəsiqəni təmin etmişdilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right