Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Fransanın Monpelye şəhərində cüdo üzrə Avropa çempionatı start götürəcək.

Newsport.az xəbər verir ki,  Azərbaycan millisi yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunur.

Açılış günündə Azərbaycanın beş cüdoçusu tatamiyə çıxacaq.

Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva mübarizəyə başlayacaq.

Avropa çempionatı

Qadınlar

48 kq

Leyla Əliyeva - Lois Petit (Belçika)

52 kq

Gültac Məmmədəliyeva - Coana Dioqo (Portuqaliya)/Sofiya Asvesta (Kipr) görüşünün qalibi ilə

 

Kişilər

60 kq

Balabəy Ağayev - Andreya Karlino (İtaliya)/Rodriqo Kosta Lopes (Portuqaliya) görüşünün qalibi ilə

Turan Bayramov - Qamzat Zayrbekov (Fərdi Neytral İdmançılar)/Mihrac Akkuş (Türkiyə) görüşünün qalibi ilə

66 kq

Yaşar Nəcəfov - Matteo Piras (İtaliya)

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right