Nəriman Abbasovun rəqibi: “Bakıya qələbə qazanmaq üçün gəlmişəm”

“Bakıya qələbə qazanmaq üçün gəlmişəm. Bunu reallaşdıracağıma da inanıram”.

Newsport.az-ın məlumatına görə, bunu Rusiyanın MMA idmançısı Ali Abdulxalikov “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyib.

30 yaşlı döyüşçü azərbaycanlı Nəriman Abbasova qarşı keçirəcəyi görüşlə bağlı fikirlərini bildirib: “Yarışa iki gün qalıb. Yalnız 4 kq çəki atmağım qalıb. Qalan hər şey qaydasındadır. Rəqibimi çoxdandır tanıyıram. Əvvəllər bir liqada çıxış etmişik. Nəriman güclü idmançıdır. Maraqlı döyüş olacaq. Hər üç raunda hazıram”.

MMA-da dünya və Avropa çempionu olan A.Abdulxalikov “Rizin” yarışlarına az qatıldığını bildirib: “Rizin” yarışlarında çox iştirak etmədiyim üçün idmançıları yaxşı tanımıram. Ancaq mənim üçün kiminlə döyüşməyin fərqi yoxdur. Uşu-sanda üzrə dünya çempionluğum var. Ən güclü tərəfim isə güləşməkdir”.

Qeyd edək ki, Ali Abdulxalikov və Nəriman Abbasov arasında döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right