"Sabah" basketbol komandasını Çexiyada 50-yə yaxın həmvətənimiz dəstəkləyəcək

"Sabah" basketbol komandası Çexiyada "Nimburk"a qarşı FIBA Avropa Kubokunun müntəzəm mövsümünün növbəti oyununda dəstəksiz qalmayacaq.
 
Klubdan Newsport.az-a verilən məlumata görə, tribunada 50-yə yaxın həmvətənimiz yer alacaq.
 
Qeyd edək ki, qarşılaşma bu gün, saat 21:30-da start götürəcək. "Sabah" ilk görüşündə səfərdə Şimali Makedoniya "Mornar"ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) uduzub.
 
Hazırda “Nimburk” 4 xalla D qrupunda liderlik edir. “Sabah”ın isə hesabında 2 xal var.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right