Azərbaycan təmsilçisinin “Panatinaikos”la oyunlarının başlama saatı bəlli oldu

“Xarı Bülbül” klubu “Çelenc kuboku”nda mübarizəni davam etdirir.

Newsport.az xəbər verir ki, ilk turda Slovakiyanın “Spartak” (Miyava) klubunu üstələyərək 1/16 finala yüksələn Şuşa təmsilçisi bu mərhələdə Yunanıstanın “Panatinaikos” komandası ilə qarşılaşacaq.

Cütün ilk matçı noyabrın 21-də Bakıda GİN-nin Voleybol Mərkəzində keçiriləcək. Görüş saat 19:00-da start götürəcək.

Komandalar arasında ikinci oyun isə noyabrın 29-da olacaq. “Xarı Bülbül Şuşa” səfərdəki cavab matçına Bakı vaxtı ilə saat 20:00-də çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right