Azərbaycan karateçilərindən AÇ-də 4 medal

Azərbaycan Koşiki Karate-do Federasiyasının Kudo üzrə yığma komandası Litvanın Kaunas şəhərində keçirilmiş Avropa çempionatında 3 qızıl və 1 gümüş medal qazanıb.

Newsport.az xəbər verir ki, 13 dövlətin, o cümlədən Bolqarıstan, Litva, Gürcüstan, Fransa, İtaliya, Ermənistan, Ukrayna, Malta, İngiltərə, Qırğızıstan, Estoniya və İspaniyanın iştirak etdiyi turnirə Azərbaycan 5 idmançı ilə (Vüsal Əliyev, Kənan İsmayılzadə, Sevinc Mövsümzadə, Rəşad Quliyev, Elbrus Səmədov) qatılıb.

Belə ki, idmançılardan -270 kateqoriyasında çıxış edən Vüsal Əliyev yarımfinalda Estoniya, final döyüşündə isə Litvadan olan idmançılara, -215 (U-19) kateqoriyasında çıxış edən Sevinc Mövsümzadə final qarşılaşmasında Malta idmançısına, -250 kateqoriyasında çıxış edən Elbrus Səmədov isə yarımfinalda Fransa idmançısına, final döyüşündə isə Ermənistandan olan idmançıya inamla qalib gələrək 1-ci yeri qazanıblar və qızıl medala layiq görülüblər. -230 (U-19) kateqoriyasında çıxış edən digər idmançımız Kənan İsmayılzadə isə yarımfinal döyüşündə İngiltərədən olan idmançıdan üstün olub, yalnız finalda Gürcüstan idmançısına məğlub olaraq gümüş medalla kifayətlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right