Yığmanın 4 boksçusu Sofiyada təlim-məşq toplanışında

Kişi boksçularımız Bolqarıstana yollanıb.

Newsport.az xəbər verir ki, baş məşqçi Pedro Roke və məşqçi Nəriman Abdullayev rəhbərliyi altında yığmanın 4 idmançısı Sofiyada təlim-məşq toplanışına qatılacaq.

Hazırlıqda Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (71 kq) və Alfonso Dominqes (92 kq) iştirak edəcəklər.

Yığmamız Bolqarıstanda toplanışı ev sahibləri və Rumıniya milliləri ilə birgə keçəcək. Məşqlərdə sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Oktyabrın 30-da start götürən hazırlıq noyabrın 10-dək davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right