Azərbaycan Voleybol Federasiyası seleksiya xarakterli görüş keçirib

Azərbaycan Voleybol Federasiyası (AVF) uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində növbəti dəfə seleksiya xarakterli görüş keçirib.

AVF-dən Newsport.az-a verilən məlumata görə, yeniyetmə və gənc qızlardan ibarət millilərin baş məşqçisi Şahin Çatma, eyni zamanda, federasiya nümayəndələri bununla bağlı Gəncədə səfərdə olublar.

Səfər çərçivəsində Şahin Çatma və Gəncə Regional Voleybol Klubunun rəhbərliyi bir neçə orta məktəbdə görüş keçiriblər. Müvafiq kriteriyalara uyğun gələn uşaqlar müəyyənləşdirilib. Seçilən uşaqlar Gəncə Regional Voleybol Klubunda məşqlərə cəlb olunacaqlar.

AVF uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində seleksiya işlərini davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right