Azərbaycan boksçuları Belarusdakı turnirə qatılacaq

Oktyabrın 30-da Belarusda yeniyetmə boksçular arasında açıq Minsk birinciliyi keçiriləcək. Beş gün davam edəcək yarışda Azərbaycan milli komandası da gücünü yoxlayacaq.

Newsport.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçisi Teymur Məmmədov Vladimir Botvinnikin xatirəsinə həsr olunan beynəlxalq turnirdə Fərid Səlimov, Əli Məmmədov (hər ikisi 46 kq), İsmayıl Rzayev (48 kq), Məhəmmədəli Məmmədli (50 kq), Bağır Əmirxanlı, Əli Baxışov (hər ikisi 52 kq), Sübhan Babayev (54 kq), Nurlan Abışov (57 kq), Raul Əsədullayev, Turqay Rəhimli (hər ikisi 60 kq), Kənan Aslanlı (63 kq), Rza Rzayev (70 kq), Əli Məmişov (80 kq) və Məhəmməd Cəfərova (+80 kq) şans verəcək.

Nəsrəddin Məmmədov isə ölkəmizi hakim kimi təmsil edəcək.

Turnirdə ev sahibləri və Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan və digər ölkələr də mübarizə aparacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right