"Xırdalan" və "NTD-İndiqo" çempionata qələbə ilə start verdi

28 oktyabr Azərbaycan Basketbol Liqasının (ABL) ilk turu çərçivəsində növbəti oyunlar baş tutub.

Newsport.az-ın məlumatına görə, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş "Xırdalan" - "Şəki" oyununa, "Xırdalan" klubu üstün başlayıb və yekunda 102-78 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Xırdalan" (Cakori Arçi - 29 xal, 7 ribaund), "Şəki" (Pol Dibal - 33 xal, 20 ribaund)

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilmiş "NTD-İndiqo" - "Sumqayıt" oyunu isə ev sahibinin 97-79 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "NTD-İndiqo" (Qriffin Remmi - 22 xal, 7 asist), "Sumqayıt" (Tayrey Rendall - 23 xal, 3 asist)

Qeyd edək ki, ilk turun son oyunu ("Gəncə" - "Sabah") 29 oktyabr tarixində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right