Qol.az 9 yaşında!

Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 9 il ötür.
 
2008-ci il noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.
Özünəməxsus üslubu, operativliyi və dəqiqliyi ilə ötən müddət ərzində Azərbaycanın ən çox oxunan idman saytlarından birinə çevrilən idman portalı 2009-cu ildə "Milli net” mükafatının "İlin ən yaxşı idman saytı” nominasiyasında birinci yeri tutub.
 
Azərbaycan və dünya futboluna aid xəbərlərlə daim yenilənən mətbuat orqanı digər idman növlərinə də yer verir. Gündəlik xəbərlərlə yanaşı müxtəlif layihələr, araşdırma və müəllif yazıları ilə seçilən sayt oxucularını daim məmnun edir. "5 Media” şirkətinin media layihələrindən biri olan sözügedən portal Azərbaycan Mətbuat Şurasının üzvüdür.
 

Newsport.az Qol.az-ın kollektivini 9 yaş münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır!

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right