Şenol Günəş Araz Abdullayevi bəyənib?

“Neftçi” – “Çixura” matçını izləmək üçün Bakıya gələn “Bursaspor”un baş məşqçisi Şenol Günəşin əsas məqsədi bəllidi. Newsport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, Avropa Liqasının III təsnifat mərhələsindəki qarşılaşmanı izləyəcək 62 yaşlı mütəxəssis, həm də bəzi oyunçuların çıxışını izləyəcək.

 

Günəş oyun zamanı təmsilçimiz “Neftçi”nin bəzi futbolçularını diqqət mərkəzində saxlayacaq və onlarla bağlı qeydlər götürəcək. Türkiyəli çalışdırıcının əsasən yarımmüdafiəçi və sol cinah oyunçusu axtardığı deyilir. O, bunun üçün ölkəmizdən birbaşa Fransaya da gedəcək və bəyəndiyi futbolçuların transfer edilməsi üçün rəhbərliyə siyahı təqdim edəcək.

 

Əldə etdiyimiz xəbərə görə, Günəşin maraq dairəsində olan futbolçulardan biri “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayevdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right