Tarkan Azərbaycan Qran Prisi üçün Bakıya gəlir

Türkiyəli məşhur müğənni Formula 1 yarış həftəsonunun iyunun 23-nə təsadüf edən ilk günündə avtoidman azarkeşləri qarşısında konsert proqramı ilə çıxış edəcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə böyük məmnuniyyətlə elan edir ki, bu il 23-25 iyun tarixlərində Bakıda keçiriləcək növbəti Formula 1 yarışının ilk günü Türkiyənin dünyaca məşhur müğənnilərindən biri olan Tarkan Bakıda avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq. Türkiyəli görkəmli müğənni iyunun 23-ü - cümə günü axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə Formula 1 həvəskarları üçün ən məşhur ifalarını səsləndirəcək.

Almaniyada doğulub, Türkiyədə böyüyüb başa çatan müğənninin albom və mahnıları indiyədək 29 milyondan çox satış edib. 20 ildən çox müğənnilik karyerasına sahib Tarkan İngilis dilində ifa etdiyi mahnılarından sonra dünyada daha da məşhurlaşıb.

Türk musiqisinin tarixi köklərinə dayanan Tarkanın mahnıları sahib olduğu xüsusiyyət baxımından geniş ərazini əhatə edir. Onun repertuarında Yaxın Şərqin zaman keçdikcə canlı qalan və valehedici musiqisi ilə müasir dövrün ən çox sevilən Qərb musiqi növlərindən, o cümlədən rok, pop və oyun havalarından ibarət mahnılar yer alır. Fərqli janrda olan musiqiləri özünəməxsus tərzdə ifa edən Tarkanın mahnılarının vazkeçilməz ünsürü güclü ritmdir. Bu gün Avropadan Asiyaya, oradan da Avstraliya və Latın Amerikaya qədər müxətlif millətləri və mədəniyyətləri təmsil edən milyonlarca azarkeş onun ifalarını sevərək dinləyir. Türk kökünə sadiq qalaraq dünyanın dörd bir yanından olan bütün azarkeşlərin ruhunu oxşadan və onların müxtəlif musiqi zövqlərinə cavab verən ifalar yazmaq və bəstələmək Tarkanı bütün dünyada sevdirən başlıca amillərdəndir.

Tarkanı sevən bütün Formula 1 həvəskarları Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonuna onun enerjili  və coşğulu ifaları ilə start verməyi səbrsizliklə gözləyirlər. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right