Tofiq Bəhramov stadionunun diktoru müğənniliyə başladı

 
30 ilə yaxındı Tofiq Bəhramov adına Respublika stadionunda diktorluq edən Ramiz Qafarov müğənnilik fəaliyyətinə başlayıb. 
 
Newsport.az saytı  xəbər verir ki, bu barədə diktor-müğənninin özü məlumat verib.  
“Toy axşamı” adlı albom da buraxan Qafarov “Toy axşamı”, “Qaynana”, “Qaynata”, “Subay”, “Nənəm” kimi mahnıları alboma daxil edib ki, bu da onun xüsusilə toy bazarına daxil olmaq istəyindən xəbər verir.
“Demək olar ki, Azərbaycanın bütün idman mahnıları mənimdi. “Neftçi”nin, “Bakı”nın, “İnter”in, “Qarabağ”ın himnlərini mən yazmışam. Güləş, boks, voleybol mahnıları da mənimdi. Ancaq müğənnilər məndən toy mahnıları tələb edirdi. Bilirsiniz, idman mahnıları kişi səsi tələb etdiyi üçün, mən də mahnılarımı gözəl səsi olan Ədalət Şükürova həvalə etmişəm, oxuyub” – deyə, Qafarov bildirib.
Qafarov vurğulayıb ki, xalq tərəfindən gələn çoxsaylı istək qarşısında müğənnilik fəaliyyətinə başlayıb:
 
“Xalq artıq deyirdi ki, Ramiz müəllim, biz sizin səsinizi eşitmək istəyirik. “Toy axşamı”nı yazmaq fikri məndə 5 il əvvəldən vardı. Baxın, toylarda çıxıb toylara aid olmayan sözlər oxuyurlar. İndi toylarda ən populyar mahnı “Maral”dı. Ritmləri toya düşsə də, sözlərinin heç bir dəxli yoxdu. Baxın, mən oxuyuram toyla bağlı, qaynananı, qaynatanı, gəncləri təbrik elədim. Fikrimcə, məndən sonra bütün müğənnilər bu mahnıları oxuyacaqlar. Bu mahnılar, qaynana tərifi, qaynata tərifi tarixdə qalacaq”.
Əldə etdiyimiz məlumata görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” - “Zalsburq” matçının fasiləsində Qafarov futbol azarkeşlərini “Nənəm” mahnısı ilə əyləndirmək istəsə də, arzusu ürəyində qalıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right