UEFA Azərbaycan millisini lağa qoydu AFFA-dan etiraz

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya – Azərbaycan qarşılaşması üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası öz əksini tapıb. 

Newsport.az-ın məlumatına görə, karikaturanın hazırlanması və nəşri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə razılaşdırılmayıb. 

Bu səbəbdən AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.

Qeyd edək ki, Trnavada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyunda Bakıda rəqibinə 3:1 hesabı ilə qalib gələn komandamız iki oyunun nəticəsinə görə "Avro-2016"nın final mərhələsində oynamaq hüququ əldə edib.

AFFA-dan UEFA-ya etiraz

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right