"Avro-2016":final mərhələsinin bütün iştirakçıları bəlli oldu

Futzal üzrə Avro-2016-nın final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, millimizlə yanaşı, daha 3 komanda turnirin final mərhələsinə vəsiqə qazanıb.

Bunlar Qazaxıstan, Macarıstan və Çexiya yığmalarıdır. Qazaxıstan Bosniya və Hersoqovinanı (9:0), Macarıstan Rumıniyanı (6:5), Çexiya isə Belarusu (3:2) pley-off mərhələsində mübarizədən kənarlaşdırıb.

Beləliklə, meydan sahibləri Serbiya ilə yanaşı, İtaliya, Azərbaycan, Xorvvatiya, Çexiya, Macarıstan, Qazaxıstan, Portuqaliya, Rusiya, Sloveniya, İspaniya və Ukrayna yığmaları Avropa çempionatının final mərhələsində iştirak edəcək.

Qeyd edək ki, "Avro-2016"nın final mərhələsinin püşkü oktyabrın 2-də Serbiyanın paytaxtı Belqradda atılacaq. Oyunlar isə gələn il, 2-13 fevral tarixlərində Serbiyada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right