Millimiz ardıcıl 4-cü dəfə AÇ-nin final mərhələsində:rəqibimiz kimlərdi?

Futzal üzrə Azərbaycan yığmasının AÇ-2016-nın final mərhələsinə vəsiqə qazandığını xəbər vermişdik.

Newsport.az sayıtının məlumatına görə, Tino Peresin yetirmələri Slovakiyada keçirilənə cavab görüşündə sərfəli nəticə (1:1) əldə edərək ilk matçdakı üstünlüyün (3:1) hesabına adını turnirin əsas mərhələsinə yazdıra bilib.
 
Azərbaycan millisi gələn il 2-13 fevral aralığında Serbiyanın paytaxtı Belqradda keçiriləcək turnirə vəsiqə qazanan 11-ci komanda olub. Millimizin yarışdakı potensial rəqiblərinin sayı da 11-dir. Bunlar ev sahibi Serbiya, seçmə mərhələdə qrup qalibi olan Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Xorvatiya və Portuqaliya, eləcə də millimiz kimi pley-offda sevinən Qazaxıstan, Çexiya və Macarıstan yığma komandalarıdır. Bu komandalardan yalnız Qazaxıstan millisi turnirin debütantıdır. 
 
Qeyd edək ki, Azərbaycan millisi ardıcıl dördüncü dəfə AÇ-nin final mərhələsinə vəsiqə qazanıb. Bundan öncə futzalçılarımız AÇ-2010, AÇ-2012 və AÇ-2014-ün iştirakçısı olmuşdu. Ümumiyyətlə, gələn il keçiriləcək yarışda mübarizə aparacaq 12 komandadan 8-i (Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Portuqaliya, Çexiya və Azərbaycan) belə desək, "poker” edəcək.

 

Onu da əlavə edək ki, AÇ-2016-nın final turnirinin püşkatması oktyabrın 2-də Belqaraddakı "Taun Holl"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right