Millimiz Avropa çempionatının final mərhələsində! YENİLƏNİR

Bu gün futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin cavab oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi səfərdə Slovakiyanın qonağı olub.

Bakıda rəqibini 3:1 hesabı ilə məğlub edən komandamız cavab görüşündə bu üstünlüyünü qorumağa çalışıb. Yığmamız ilk hissədə hesabı açsa da, fasilədən sonra üstünlüyünü əldən verib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə milli komandamız Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları gələn il, 2-13 fevral tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək.

 

 

22 sentyabr

"Avro-2016", pley-off mərhələsinin cavab oyunu

22:00. Slovakiya - Azərbaycan - 1:1
Qollar: 
Vitali Borisov, 8 (0:1), Rafay, 25 (1:1)
İlk oyun - 1:3 
Hakimlər: Timo Onatsu, Toni Lehtinen (hər ikisi Finlandiya)
Trnava. "Mestska Sportova Hala" stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right