Millimiz Slovakiyaya qalib gəldi

Bu gün futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandası bu gün ilk matçına çıxıb.

Yığmamız doğma azarkeşləri önündə Slovakiyanı sınağa çəkib. Bakı İdman Sarayında keçirilən oyun millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Slovakiyada keçiriləcək.

Əlavə edək ki, pley-off mərhələsinin digər cütlüklərində Rumıniya evdə Macarıstanla, Çexiya Belarusla və Bosniya və Hersoqovina Qazaxıstanla qarşılaşacaq.

 


15 sentyabr

"Avro-2016"nın pley-of mərhələsi, ilk oyun

21:00. Azərbaycan – Slovakiya - 3:1 
Qollar
: Amadeu, 7 (1:0), Brunovski, 12 (1:1), Borisov, 33 (2:1), Kozar, 34-avtoqol (3:1)
Hakimlər: Admir Zahoviç, Borut Şiviç, Deyan Nikoliç (hamısı Sloveniya)
Bakı. İdman Sarayı





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right