Kateqoriya: Futzal | Tarix: 11.09.2015 13:04
Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə bir pillə irəliləyib.
Aktivindəki xal sayını 1364-ə yüksəldən komandamız Sloveniyanı qabaqlayaraq 13-cü pillədə qərarlaşıb.
"Avro-2016"nın pley-off mərhələsində qarşılaşacağımız Slovakiya yığması da bir pillə irəliləyib. Slovakiya millisi hazırda 1223 xalla 22-ci pillədə yer alıb.
Millimizin "DÇ-2016"nın seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 1340 xalla 15-ci, Belarus isə 1222 xalla 23-cü olub.
Qeyd edək ki, siyahıya yenə 1922 xalla İspaniya başçılıq edir. Braziliya ikinci, Rusiya isə üçüncü pillədə qərarlaşıb.