Millinin səfər oyununun vaxtı açıqlandı

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsində keçirəcəyi cavab oyununun vaxtı açıqlanıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2016-cı ildə Serbiyada keçiriləcək final mərhələsinə vəsiqə uğrunda Slovakiya ilə mübarizə aparacaq Faustino Peresin yetirmələrinin sentyabrın 22-də keçirəcəyi səfər oyunu saat Bakı vaxtı ilə 22:00-da başlayacaq. Trnavada keçiriləcək həlledici matç Şəhər İdman Zalında baş tutacaq.
 
Qeyd edək ki, rəqiblərin ilk matçı Bakıda baş tutacaq. Sentyabrın 15-də keçiriləcək qarşılaşma Bakı İdman Sarayında oynanılacaq. Pley-offun ilk görüşü saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right